İslamı qəbul etmiş professor Məhərrəm ayı ilə bağlı getdiyi Afrikada qəzaya düşdü 30 Avqust 2019 12:25 Dünya İslam dinini qəbul etmiş və Əhli-beytə (ə) vurğunluğu ilə tanınan Fransız professor, yazıçı, Quran tərcüməçisi Kristian Bonaud dünyasını dəyişib. Maide.Az "FaktXeber"-a istinadla verdiyi məlumata görə, professor Məhərrəm ayı ilə əlaqədar tədbirlərdə iştirak etmək və İmam Hüseynin (ə) bu hərəkatının ideologiyasından danışmaq üçün getdiyi Kot de İvuarda qəzaya düşüb. Qeyd edək ki, 1957-ci ildə Almaniyanın Freiburg şəhərində ənənəvi katolik bir ailədə anadan olan Kristian Bonaud atasının peşə vəzifəsi ilə əlaqədar 10 yaşına qədər Almaniya və Əlcəzairdə yaşamış, daha sonra Fransanın Strasburq şəhəri şəhərinə köçmüşdü. O, uşaqlığından bəri Şərq dinlərinə maraq göstərdiyi üçün bu sahədəki işləri araşdırmaq üçün İspaniya, Mərakeş, İtaliya, Belçika, Hollandiya, Almaniyaya səyahət edib. O, fransız Müsəlman filosof Rene Guenonun əsərlərindən təsirlənərək, 1979-cu ildə İslamı qəbul edir, daha sonra İslam elmi, Ərəb Dili və Ədəbiyyatı fakültəsində təhsil alır. Universitet illərində isə məşhur fransız müsəlman filosof Henri Korbinin əsərləri ilə tanış olub. Teqlər : #İslamı,#qəbul,#etmiş,#professor,#Məhərrəm,#ayı,#ilə,#bağlı,#getdiyi,#Afrikada,#qəzaya,#düşdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistan Kəşmirdə həyatı iflic edib Trampın şəxsi köməkçisi istefa verdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO