Somalidə restoranın qarşısında iki partlayış törədilib

Somalinin paytaxtı Moqadişoda restoranın yaxınlığında iki avtomobil partladılıb.
Maide.az xəbər verir ki, Polisin nümayəndəsi kabitan Əbdülqadir Əli deyib ki, partlayıcı quraşdırılmış avtomobil Lido şəhərində “Beach View Café” restoranının girişində partlayıb.
Onun sözlərinə görə, birinci partlayışdan bir müddət sonra  partlayıcı quraşdırılmış ikinci avtomobil də həmin restoranın qarşısında partlayıb və silahlı qarşıdurma baş verib.
Şahidlərin bildirdiyinə görə, partlayışlar və qarşıdurma nəticəsində bir neçə nəfər həlak olub, amma onların dəqiq sayı bilmin. 
İndiyədək heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti üzərinə götürməyib./
 

Google+ WhatsApp ok.ru