Son 12 saatda dünyada baş verən önəmli xəbərlər

Son 12 saatda dünyada baş verən önəmli xəbərlər

Maide.Az son 12 saat ərzində dünyada baş verən önəmli xəbərləri  təqdim edir: 
 
Yəmən
- BMT TŞ Yəmənə təcavüz edən ölkələrdən istəyib ki, Yəmənə dəniz limanlarından, xüsusi ilə Hadida limanı vasitəsilə humanitar yardımlar və ərzaqların çatdırılması üçün şəraiti asanlaşdırsın. 
- Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın təcavüzünün davamında Yəmənin Hadidə bölgəsində ev bombalanıb. İlkin məlumata görə, 2 dinc sakin həlak olub, 6 nəfər yaralanıb.  
- Yəməndə qaçırılan və itkin düşənlərin sayı 18 min nəfərə çatıb
 
 
ABŞ
- Senator John McCain Qətərdan istəyib ki, terrorçu qruplara dəstəyi dayandırsın. 
- BMT-nin müharibə cinayətləri müfəttişləri elan eidb ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriya və İraqda təşkil etdiyi hava hücumlarında dinc sakinlərin ölüm halları həddən artıq artması ilə bağlı xəbərdarlıq edib. 
- Pentaqon ABŞ-ın Əfqanıstandakı hərbi kontingenti artırmaq üçün ora əlavə dörd min əsgər göndərəcək.
- ABŞ Konqresi ölkə prezidenti Donald Trampın Rusiya ilə bağlı sanksiya layihəsini ləğv etmək üçün yeni bir layihəni təsdiqləyib. 
- Ötən gün ABŞ rəsmiləri Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın mühafizəçilərindən 12 nəfərin həbsinə qərar verdiklərini açıqlayıb. Ötən ay Vaşinqtonda həmin mühafizəçilər kürd dinc aksiyaçılara hücum etdiyi üçün onlar haqqında həbs qərarı çıxarılıb. 
- ABŞ Suriyanın cənubunda Tanf hərbi bazasında inkişaf etmiş HİMARS raket sistemlərini quraşdırıb.
 
İraq 
- İraq rəsmiləri elan edib ki, ölkənin baş naziri Heydər Əl-İbadi Səudiyyə Ərəbistana proqramlaşdırılan səfərini təxirə salıb. 
 
Əfqanıstan 
- Kabilin qərbində məscidə edilmiş intihar hücumunun məsuliyyyətini İŞİD üzərinə götürüb. Hücum zamanı 4 nəfər həlak olub, 8 nəfər isə yaralanmışdı. 
 
Türkiyə 
- Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan rəsmi Vaşinqtonunun bəzi şəxsi mühafizəçiləri ilə bağlı çıxardığı qərarı pisləyib. 
 
Rusiya 
- Rusiyanın Qazprom şirkəti Avropa və Türkiyəyə qaz ixracatını ötən beş ay ərzində artırdığını bildirib. 
- Rusiyanın Müdafiə Nazirliyi elan edib ki, ABŞ hərbi qüvvələrinin Suriya ordusuna raket hücumu ehtimal olunur. 
- Rəsmi Moskva Vaşinqtonu Suriya hərbi qüvvələrini vurmaq məqsədi ilə Tanf hərbi bazasında raket sistemi yerləşdirməkdə günahlandırıb. 
 
BƏƏ
- Yəmən sahillərində BƏƏ-yə məxsus gəmiyə raket hücumu olub. Hücum zamanı gəmi ekipajından bir neçə nəfər yaralanıb. 
 
Suriya 
- BMT Rusiya, İran və Türkiyədən istəyib ki, Suriyada təhlükəsiz zonalar yaratsınlar ki, humanitar yardımlar göndərmək üçün şərait yaransın. 
- Suriya Hərbi Hava Qüvvələri Deyruz-Zor bölgəsində İŞİD-in bir neçə mövqesini bombalayıb.  
- Suriya ordusu Raqqanın cənub qərbində neft yatağı, neft terminalı və Surə yaşayış bölgəsinin bir hissəsini terrorçulardan təmizləyib. 
 
Qətər 
- Qətər rəsmiləri elan edib ki, 2022-ci il dünya çempionatı üçün idman infrastrukturunun hazırlanması üçün tikinti materiallarını təmin etməyə gücləri çatır. 
 
Bəhreyn 
- Bəhreyndə Ali-Xəlifə rejim məhkəməsi bu ölkənin şiələrindən 26 nəfər haqqında ağır həbs qərarı çıxardıb. Onlar polisə hücum etməkdə günahlandırılır.(www.maide.az/ @xebermaide) 
 

Google+ WhatsApp ok.ru