Son 20 gündə İraqda müqəddəs məkanları ziyarət edənlərin sayı 50 faiz artıb 26 Oktyabr 2016 01:00 Dünya Məhərrəm ayının əvvəlindən indiyədək İraqdakı müqəddəs məkanlara səfər edən zəvvarların həcmi 50 faiz artıb. Maide.Az xəbər verir ki, bunu İran Polisinin Pasport Qeydiyyatı idarəsinin rəisi general Məhəmməd Babayi deyib. M.Babayi Ərbəin gününün yaxınlaşması ilə pasport alanların sayının 10 faiz artdığını bildiirib. “Cari ildə Məhərrəm ayının əvvəlindən ötən 20 gün ərzində İraqdakı müqəddəs məkanları ziyarət etmək məqsədi ilə bu ölkəyə səfər edənlərin sayı 50 faiz artıb”. O deyib ki, İraq hökuməti viza üçün 40 dollar təyin edib və Ərbəin ziyarətinə zəvvarlara viza fərdi qaydada deyil, yalnız karvanların təqdim edilir. “Şələmçə, Çəzabə və Mehran sərhəd-buraxılış məntəqələrindən vizası olan şəxslərin fərdi qaydada İraqa getməsində biz tərəfdən heç bir mane yoxdur, lakin İraq hökuməti elan edib ki, Ərbəin ziyarəti üçün viza yalnız karvanlara və manifestli şəxslərə təqdim olunacaq”. İraqın Azərbaycandakı səfirliyindən Maide.Az-a bildiriblər ki, ümumi vizanın qiyməti 40 dollardır, lakin karvanların təqdim etdiyi siyahı üzrə verilən vizanın qiyməti isə 60 dollar miqdarında təyin edilib. Teqlər : #Son 20 gündə İraqda müqəddəs məkanları ziyarət edənlərin sayı 50 faiz artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həsən Ruhani ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək Terrorçuluqda ittiham olunan iki amerikalı saxlanıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO