İspaniya baş naziri İslamın ekstremistlərlə əlaqəsinin olmadığını vurğulayıb

Maide.az-ın məlumatına görə, İspaniya baş naziri Mariano Raxo ötən gün Barselona şəhərində Avropa Birliyi və Aralıq dənizi ətrafı ölkələrinin xarici işlər nazirlərinin iclasının açılış mərasimində bildirib ki, heç kim ifratçıların müharibəsinin İslamın Qərb əleyhinə müharibəsi olması yalanına inanmamalıdır: "Çünki terrorçular hamı üçün problemdir və İslam dünyası da digər cəmiyyətlər kimi terrorizm fenomeninin qurbanı olub." 
Terrorizmin sərhəd tanımadığını və ölkələrin coğrafi və yaxud da dini vəziyyətindən əlavə onlara zərbə vurduğunu bəyan edən İspaniya baş naziri bütün ölkələri ehtiyatlı olmağa, öz vəzifələrini tam şəkildə yerinə yetirərək, terrorçuları təqib və mühakimə etməyə çağırıb.

Google+ WhatsApp ok.ru