İspaniyada dünyanın üçüncü ən böyük məscidi tikiləcək 02 İyul 2014 01:00 Dünya Qətərin əmiri Şeyx Həməd bin Xəlifə Al Tani İspaniyanın Barselona şəhərindəki tarixi stadionu alaraq, orada Avropanın ən böyük və dünyanın üçüncü ən böyük məscidini tikmək istəyir. Maide.az-ın məlumatına görə, stadionun sahibi Balana ailəsidir və hazırda həmin ailə və Şeyx arasında stadionun alınmasına dair müzakirələr gedir. Qətərin əmiri deyib ki, bu iş üçün 2,2 milyard avro sərmayə yatırmaq istəyir. Baxmayaraq ki, hələlik Balana ailəsi stadionun satılmasına dair öz razılığını verməyib, lakin Barselona İslam Cəmiyyəti ailənin razılıq verəcəyindən əminliyini bildirib. İspaniyanın Barselona futbol komandasına sponsurluq edən “Qatar Air” aviasiya şirkətinin məscidin tikilməsi üçün lazımi razılığı almaq üçün dəstək ola biləcəyi ehtimal edilir. Qeyd edək ki, 2000-ci ildə Səudiyyə Ərəbistanı da İspaniyada ən böyük məscidin tikilməsi üçün həmin stadionu almaq istəyirdi, lakin buna razılıq verilmədi. Əgər Barselona şəhərində məscidin tikintisinə başlanılarsa, bu məsciddə eyni vaxtda 40 min nəfər namaz qıla biləcək. Məscidin minarələrinin hündürlüyü isə 300 metr olacaq. Teqlər : #İspaniyada dünyanın üçüncü ən böyük məscidi tikiləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstində növbəti qətliamın anonsunu Netanyahu verdi Birmada müsəlmanlara qarşı hücumlar davam edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO