İspaniyada qeyri-adi hadisə: 25 qol vurduqlarına görə qovuldu 16 İyun 2017 01:00 Dünya İspaniya futbolunda qeyri-adi hadisə baş verib. Böyük hesabla qalib gələn komanda baş məşqçisini qovub. Gənc liqasında mübarizə aparan "Serranos" komandası "Benikalap" üzərində nə az, nə çox, düz 25:0 hesablı qələbə qazanıb. Lakin komandanın baş məşqçisi buna sevinə bilməyib. Çünki rəhbərlik onu məhz belə hesaba görə qovub. Klub rəsmisi Pablo Alkayde bunun idmana yaraşmayan hesab olduğu üçün belə addım atdıqlarını söyləyib: "Rəqiblərə hörmət etmək lazımdı. Qeydə alınan hesabın ardından baş məşqçinin ayrılmasını qərara aldıq. O, vəziyyəti nəzarətdə saxlaya bilmədi". Baş məşqçinin vəkili isə onun futbolçularına "irəlidə pressinq tətbiq etməyin, yalnız rəqib qapımız qarşısına yaxınlaşanda təzyiq edin" kimi tapşırıq verdiyini, lakin rəqibin sol cinahında yaranan boşluğun hesabın vəziyyətin bu həddə çatmasına şərait yaratdığını bildirib. Maraqlıdı ki, İspaniyanın gənclər liqasında böyük hesablı qalibiyyətlər qeydə alınsa da, komandalar fərqi 10-a çatdırdıqda daha çox qol vurmamaq tapşırığı alırlar. "Benikalap" isə geridə qalan 30 oyunda qapısında 247 qol görüb və aktivinə hələ də xal yazdırmayıb. (apa) / Teqlər : #İspaniyada qeyriadi hadisə: 25 qol vurduqlarına görə qovuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sorğu - Rusiyada daha çox kilsə və ya məscid tikilsinmi? Dubayda keçirilən Quran yarışlarında 13 yaşlı uşaq birinci oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO