İspaniyada xarici ölkə tələbələrinin olduğu avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb 20 Mart 2016 02:00 Dünya Bu gün İspaniyanın Tarraqon əyalətində dəhşətli qəza baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saat 6:00-da Barselona şəhəri istiqamətində gedən sərnişin avtobusu əks yola çıxıb və qarşıdan gələn maşınla toqquşub. Avtobusda 57 sərnişin olub. Sərnişinlərdən Ən azı 14-ü həyatını itirib, 30 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin əksəriyyəti xarici ölkə vətəndaşı olan tələbələridir. Həmin tələbələr “Eramus” tələbə mübadilə proqrammı çərçivəsində İspaniyaya gəliblər. Xəsarət alanlar arasında 22-29 yaşlı İspaniya, Böyük Britaniya, İsveçrə, Norveç, Türkiyə və Ukrayna vətəndaşları var. Hazırda qəza baş verən şose avtomobillərin hərəkəti üçün bağlanıb. Artıq İspaniyanın baş naziri vəzifəsini icra edən Mariano Raxoy qəzada həyatını itirənlərin yaxınlarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib. / Teqlər : #İspaniyada xarici ölkə tələbələrinin olduğu avtobus qəzaya uğrayıb,#14 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nyu York və Arizonada Donald Tramp əleyhinə aksiya keçirilib IŞİD Misirdə partlayış törətdi, 13 polis nəfəri həlak oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO