İspaniya parlamentində ilk dəfə müsəlman qadın deputat ola bilər

İspaniya parlamentində ilk dəfə müsəlman qadın deputat ola bilər

-- N.Driuş 17 yaşından bir çox sosial layihələr icra etməyə başlayıb

İspaniyada müsəlman qadın Nadjat Driuiş yüksək səviyyədə siyasi kariyera qurmaq niyyətindədir. 
 
Maide.Az  “ansar.ru”-a istinadən xəbər verir ki, onun ilk dəfə olaraq  Kataloniyada  müsəlman xanım deputat  olmaq şansı böyükdür. 
 
N.Driuiş hesab edir ki, cəmiyyətdə müsəlman qadının  rolu artmalıdır.  “Mənim məqsədim təkcə ilk müsəlman qadın deputat olmaq deyil, bir çox fərqli ilklərə imza atmaqdır”. 
 
Qeyd edək ki,  N.Driuş 90-cı ildə  9 yaşı olarkən Mərakeşdən  Kataloniyaya köçüb. 
 
Artıq 17 yaşından o bir çox sosial layihələr icra etməyə başlayıb.
 
O hər hansı siyasi partiyanın rəsmi üzvi olmasa da Solçu Respublikaçılar partiyasının elektron siyahısında öz adını namizəd olaraq qeyd etdi. 
 
 

Google+ WhatsApp ok.ru