İsrail əsgərinin köynəyi dünyanı şoka saldı

FaktXeber.com-un “Dailymail”a istinadən verdiyi məlumata görə, Associated Press agentliyinin yaydığı foto İsrail əsgərlərinin hansı ruhiyyədə tərbiyə olunduğunu bir daha ortaya qoyub. Belə  ki, əsgərlərdən biri öz köynəyinin arxasında bu sözləri yazdırıb: “Deployed, Destroyed and Enjoyed-GAZA 2014” yəni, “Göndərildim, məhv etdim və həzz aldım-Qəzza 2014”. Sosial şəbəklərdə səs-küy salan bu fotonu istifadəçilərdən biri HAAQA məhkəməsinin saytına göndərib.
 
Xatırladaq ki, incanlığa zidd olan bu cür tərz-təfəkkürlər İsraildə daim geniş şəkildə təbliğ olunur.

Google+ WhatsApp ok.ru