İsrail əsgərləri fələstinlilərə atəş açdı

İsrail əsgərləri fələstinlilərə atəş açdı

İsrail əsgərləri Qəzza sərhədində keçirilən dinc aksiyaya müdaxilə edib.

Büyük Qayıdış Yürüşü aksiyaları çərçivəsində Qəzzanın Deyr əl-Bəlx şəhərinin şərqindəki İsrail sərhədində toplaşan fələstinlilər blokadanın götürülməsi və qaçqınların geri dönüş haqqını tələb etmək üçün mitinq keçirib.

Fələstinli gənclərin istifadə edilmiş avtomobil şinlərini yandırdığı, İsrail əsgərlərinin də atəş açıb və gözyaşardıcı qaz istifadə edərək, aksiyaya müdaxilə etdiyi görülüb.

Müdaxilə səbəbiylə bu ana qədər yaralanan olmayıb. /eastnews.org/

Google+ WhatsApp ok.ru