İsrail əsgərləri `Reuters` agentliyinin jurnalistini vurdular

İsrail əsgərləri `Reuters` agentliyinin jurnalistini vurdular

Sionist İsrail rejimi tərəfindən işğal olunmuş İordan çayının qərb sahilində baş verən şiddətli qarşıdurmalar zamanı işğalçı rejim əsgərləri "Reuters" xəbər agentliyinin jurnalistini vuraraq yaralayıb.

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, Rəsmi Fələstin xəbər agentliyi "WAFA"-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "Reuters" xəbər agentliyində işləyən operator dünən Batn əl-Əsəddəki qarşıdurmaları işıqlandırarkən İsrail rejimi əsgərlərinin açdığı atəş nəticəsində yaralanıb. 

Məlumatda qed olunub ki, Məhəmməd Türkman adlı operator ayağından vurulub.

Qeyd edək ki, İsrail rejimi əsgərləri ötən gün  Ramallaha hücum edib. Qarşıdurmalar nəticəsində çox sada yerli sakin yaralanıb.

Google+ WhatsApp ok.ru