İsrail əsgərləri Qəzzada nümayişçilərə atəş açdı; 1 ölü, 55 yaralı - Foto 27 İyul 2019 11:02 Fələstin Sionist İsrail rejimi əsgərlərinin Qəzzadakı Böyük Qayıdış Yürüşündə fələstinli nümayişçilərə açdığı atəş nəticəsində 1 nəfərin həyatını itirdiyi, 55 nəfərin yaralandığı bildirilib. Maide.Az "eastnews"a istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən yazılı açıqlama verilib. Açıqlamaya görə, öldürülən fələstinli gənc Əhməd əl-Karra (23) qarnından vurulub. Yaralananlar arasında 22 uşaq və 3 qadın var. Digər tərəfdən İsrail əsgərlərinin bir təcili tibbi yardım maşınını da hədəfə aldığı vurğulanıb. Xatırladaq ki, fələstinlilər 30 martdan bu yana blokada altındakı Qəzza zolağının İsraillə sərhədində "Böyük Qayıdış Yürüşü" adı altında dinc aksiyalar keçirir. İsrail əsgərləri isə "sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildən bu yana Qəzzaya tətbiq olunan haqsız blokadanın götürülməsini" tələb edən dinc əhalinin üzərinə atəş açır. Teqlər : #İsrail,#əsgərləri,#Qəzzada,#nümayişçilərə,#atəş,#açdı;,#ölü,#yaralı,#Foto, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstin İsrail rejimi ilə bütün razılaşmaları dayandırdı Sionist Israil rejimi 2018-ci ildə uşaq öldürməkdə rekord vurub
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar