İsraildən Qəzza və Ramallaha hücum

İsrailin hücumlarına etiraz etmək və Qəzzəyə dəstək məqsədiylə Ramallahdan Qüdsə getməyə çalışan minlərlə fələstinliyə İsrail əsgərlərinin müdaxiləsi nəticəsində baş verən qarşıdurmada 2 nəfərin öldüyü, 5-nin ağır olmaqla 200-nün yaralandığı bildirilir.
 
Maide.az-ın məlumatına görə, aksiya Qəzzaya dəstək məqsədiylə "48 minlik yürüş" şüarıyla keçirilib. 
 
İsrail əsgərlərinin nümayişçiləri dağıtmaq üçün həqiqi və plastik güllələrdən, gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib. 
 
Ramallahdakı Tibbi Kompleksin müdiri Əhməd əl-Bitavi açıqlamasında bildirib ki, fələstinli gənc Məhəmməd əl-Arac başından aldığı güllə yarası nəticəsində dünyasını dəyişib. 
 
Nümayişçilərin çoxunun bədəninin üst qisimindən yaralandığını deyən Bitavi, İsrail əsgərlərini nümayişçiləri öldürmək üçün fürsət gözləməkdə günahlandırıb. 
 
Çoxlu sayda insanın İsrail əsgərlərinin istifadə etdiyi gözyaşardıcı qazdan zərər çəkdiyi bildirilir.

Google+ WhatsApp ok.ru