İsraildən səfərbərlik əmri

Silahlı Qüvvələrin ehtiyatda olan 16 min hərbçisi orduya çağrılıb

Sionist rejim ehtiyatda olan 16 min əsgəri orduya çağırıb. Orduya çağırılan əsgərlər Qəzzada quru əməliyyatlarına cəlb olunacaq.
 
Bununla da Qəzzada quru əməliyyatlarında iştirak edən hərbçilərin sayı 86 minə çatacaq.
 
Maide.az-ın məlumatına görə, bir müddət əvvəl də İsraildə səfərbərlik elan edilmişdi və ehtyatda olan 70 min əsgərin orduya çağırılması barədə əmr verilmişdi. Bu günə qədər isə ehtiyatda olan 50 mindən çox əsgər quru əməliyyatlarına cəlb olunub.
 
 

Google+ WhatsApp ok.ru