İsrailin Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO 25 İyul 2014 01:00 Fələstin Gürcüstan paytaxtındakı İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Maide.az-n məlumatına görə, Qüds günü münasibətilə səfirlik qarşısında təşkil olunan dinc etiraz aksiyasında azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrdən gələn azərbaycanlı gənclər son vaxtlar İsrailin Fələstinə qarşı hücumlarını pisləyiblər. Səfirlik qarşısında çıxış edən gənclər “Fələstinə azadlıq!”, “Qatil İsrail cavab verməlidir!”, “Qüds bizimdir, bizim olacaq!!”, və digər şüarlar səsləndiriblər. Aksiya dinc şəraitdə keçib. Tədbirdə Marneuli, Bolnisi, Qardabani, Tiflis və digər bölgələrdən gələn azərbaycanlı gənclər iştirak edib. İştirakçılar səfirliyin önündən sonra Tiflis şəhərindəki David Aqmaşenelebeli küçəsində də İsrail əleyhinə şüarlar səsləndiriblər. Aksiya insidentsiz başa çatıb. Apa / Teqlər : #İsrailin Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şirvan şəhərində də `Qüds günü` keçirildi (Video) Dünya ölkələrində Qüds günü yürüşləri (FOTO)
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar