İsrail Livan sərhədlərini pozmağa davam edir

İsrail Livan sərhədlərini pozmağa davam edir

İsrail rejimi növbəti dəfə Livan hava məkanına soxularaq, ölkənin cənub bölgələri üzərində təhrik edici uçuşlar həyata keçirib.

 
Bu barədə Livan ordusu məlumat verib .
 
Məlumata əsasən, İsrail rejimi qırıcı və kəşfiyyat təyyarələri 15 dəfə Livan hava məkanına soxularaq, ölkənin cənub rayonları üzərində dövr ediblər.
 
Rejim təyyarələrinin Livann əl-Mətna və Kəservan rayonları üzərində orta məsafədə uçuş həyata keçirdiyi qeyd edilib.
 
Xatırladaq ki, İsrail rejimi mütəmadi olaraq Livan və Suriya hava məkanına soxularaq, bu ölkələrin suverinliyinə təcavüz edir. /eastnews.org/
 
 

Google+ WhatsApp ok.ru