İsrail ordusu və fanatik miqrantlar məktəbə hücum ediblər, xeyli fələstinli şagird xəsarət alıb (FOTO)

İsrail ordusu və fanatik miqrantlar məktəbə hücum ediblər, xeyli fələstinli şagird xəsarət alıb (FOTO)

Dünən əl-Xəlil (Habrun) şəhərinin qədim məhəlləsində işğalçı İsrail rejim qüvvələri və bir qrup fanatik yəhudi miqrant fələstinli uşaqların təhsil aldığı ibtidai məktəbə hücum ediblər.
 
Felestin.info PNN-ə istinadla xəbər verir ki, işğalçılar məktəbə doğru gedən şagirdlərə tərəf çoxlu gözyaşardıcı qaz bombaları atıblar. Nəticədə azı 30 şagird zəhərlənib, onlardan birinin vəziyyəti ağırdır. O, dərhal Məhəmməd Əli hospitalına aparılıb.
 
Məktəb direktorunun bildirdiyinə görə, hücumda öz radikallığı ilə seçilən və tez-tez fələstinliləri öldürmək çağırışları edən bir sıra israilli fanatiklər də iştirak edib.
 
Əl-Xəlil şəhər meri general Cibrin əl-Bəkri şagirdlərə qarşı zorakılığı tənqid edib. O bildirib ki, son günlər burada yerli əhaliyə qarşı fanatik yəhudilərin hücumlarının artması Netanyahu tərəfindən Habrunda Müvəqqəti Beynəlxalq İştirak (TİPH) könüllülərinin fəaliyyətinə son qoyulması ilə bağlıdır.
 
 
 
 

Google+ WhatsApp ok.ru