İsrail Qəzzada dinc nümayişçiləri gülləbaran edib, bir uşaq və gənc şəhid olub 09 Fevral 2019 12:42 Fələstin Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, dünən Qəzzada baş tutmuş növbəti Böyük Qayıdış yürüşündə işğalçı İsrail rejim qüvvələri 14 yaşlı yeniyetməni və 18 yaşlı gənci güllələyərək qətlə yetirib. Maide.Az Felestin.info -a istinadla xəbər verir ki, yürüş zamanı 18 nəfər odlu silahdan atəş açılaraq yaralanıb. İşğalçı ordu Qəzzanın müxtəlif bölgələrində nümayişçilərə qarşı zorakılıq tətbiq edilib. Nazirliyin məlumatında deyilir ki, həlak olmuş 14 yaşlı uşaq Həsən İyad Şələbi Nüseyrət qaçqın qəsəbəsinin sakini olub. Həsən Xan-Yunis bölgəsində sinəsindən güllələnib. İşğalçı ordu, həmçinin 18 yaşlı Qəzza şəhər sakini Həmzə Məhəmməd Rüşdi İşteyvini də boyun nahiyəsindən güllələyərək öldürüb. İsrail ordusu dinc nümayişçilərə tərəf snayper zərbələri, çoxlu sayda uzaq məsafəli qaz bombaları tətbiq edib. Bildirək ki, bugünədək Böyük Qayıdış yürüşlərində 260 nəfərdən çox insan İsrail ordusu tərəfindən qətlə yetirilib, 27 min nəfər yaralanıb. Teqlər : #İsrail,#Qəzzada,#dinc,#nümayişçiləri,#gülləbaran,#edib,#bir,#uşaq,#və,#gənc,#şəhid,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Aİ hesabatı: İsrail rejimi ötən il Fələstin ərazilərində 15 mindən çox qanunsuz bina inşa edib Bir qrup yəhudi Əqsa məscidinə basqın etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar