İsrail Qəzzanı top atəşinə tutub 18 Fevral 2019 10:38 Fələstin Şahidlərin bildirdiyinə görə, işğalçı İsrail rejiminin ordu qüvvələri Qəzzanı top atəşinə tutub. Maide.Az “AA”-a istinadla xəbər verir ki, ilk atışlar Qəzzanın şimalındakı Beyt Hanun ərazisinə, ikincisi isə Cəbaliyə ərazisinə edilib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi hücum nəticəsində ölü və ya yaralı bardə məlumat verməyib. İşğalçı rejim top atəşini həmin bölgələrdəki İzzəddin əl-Qəssam Briqadalarına aid iki nəzarət qülləsinə edildiyini iddia edib. Həmçinin bildirib ki, Qəzzadakı "Böyük qayıdış yürüşü" zamanı bir əsgər yaralandığı üçün bombardmanı həyata keçiriblər. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada isə bildirilir ki, yürüşə qatılan 19 vətəndaş işğalçı qüvvələrin açdığı atəş nəticəsində yaralanıb. Atılan güllə aksiya iştirakçılarından birinin başına dəyib, vəziyyəti ağırdır. Xatırladaq ki, fələstinlilər 30 mart 2018-ci ildən bu yana mühasirə altındakı Qəzza zolağında "Böyük qayıdışı yürüşü" adı altında aksiyalar keçirir. İsrail ordusu isə sürgün edildikləri torpaqlara yenidən qayıtmaq istəyən, blokadanın qaldırılmasını tələb edən fələstinlilərin dinc aksiyasına odlu silahlardan açdıqları atəşlə cavab verirlər. İsrail əsgərlərinin 30 martdan bəri davam edən bu aksiyalara müdaxiləsi zamanı 230-dan yuxarı fələstinli şəhid olub. Teqlər : #İsrail,#Qəzzanı,#top,#atəşinə,#tutub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail ordusu Qəzzada cümə yürüşündə 20 fələstinlini yaralayıb Qəzzada gecə nümayişləri atəşə tutulub, 20 yaralı var
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar