İsrail qüvvələri Fələstin partiyasının ofisinə basqın edib 12 Sentyabr 2019 16:54 Fələstin İsrail rejiminə aid silahlı qüvvələr İordan çayının işğal olunmuş qərb sahilindəki Ramallah şəhərində Fələstin Demokratik Xalq Azadlıq Cəbhəsinə (FDXAC) məxsus ofisə basqın təşkil edib. FDXAC-nin baş katib müavini Qeys Əbdülkərim bildirib ki, İsrail rejiminə aid silahlı qüvvələr basqında cihazları, kitabları, broşür və bayraqları müsadirə edib. "İşgalçı güclər Fələstin xalqının müqavimət mübarizəsini susdurmağa çalışır, ancaq nail olmayacaqlar", - deyən Əbdülkərim, Fələstin müqavimətinin davam edəcəyini vurğulayıb. Şahidlərin bildirdiyinə görə, İsrail əsgərləri ofisi yararsız hala salıblar. Basqın zamanı həmçinin İsrail əsgərləri ilə Fələstinli gənclər arasında dava-dalaş baş verib. İsrail qüvvələri qarşıdurma zamanı həqiqi və plastik güllə ilə gözyaşardıcı qazdan istifadə edib. /FaktXəbər Teqlər : #İsrail,#qüvvələri,#Fələstin,#partiyasının,#ofisinə,#basqın,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzza zolağında üç gündür raket atəşi davam edir UNICEF Qəzzada fələstinli uşaqların qətlini pisləyib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar