İsrail qüvvələri 8 uşağı olan bir fələstinli ailənin evini dağıdıb 09 İyun 2020 16:25 Fələstin İsrail qüvvələri işğal edilmiş Şərqi Qüdsdə 8 uşağı olan bir fələstinli ailənin evini "sənədsiz" olması iddiası ilə dağıdıb. Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Şərqi Qüdsün Silvan məhəlləsinə gələn işğalçı İsrail rejim bələdiyyə qrupları, 6 il əvvəl inşa edilən Ayşe Hicazinin evini söküb. Evlərinin "sənədsiz" olduğunu iddia edən işğalçı rejim tərəfindən dağıdılmış Hicazi ailəsi evlərindən çıxara bildikləri bir neçə əşya ilə küçədə qalıb. Qeyd edək ki, işğalçı İsrail rejimi fələstinli ailələrin ev inşasına dair müraciətlərini qəbul etmir, işğalçı rejim minlərlə fələstinlinin evini lisenziyasız olduqları iddiası ilə sökəcəkləri ilə hədələyir. Fələstin mənbələri qeyd edirlər ki, 1967-ci ildən bu yana Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən 5 mindən çox fələstinli ev dağıdılıb. Teqlər : #İsrail,#qüvvələri,#uşağı,#olan,#bir,#fələstinli,#ailənin,#evini,#dağıdıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İslam Əməkdaşlıq Təşkilatı 'İsrailin Fələstin ərazilərini ilhaq etmək planını' müzakirə edəcək Beynəlxalq Cinayət Məhkəməsi hakimi İsrailin hərbi cinayətlərini araşdırmağa davam edəcək
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar