`İsrail rejimi atəşkəsə bağlı qalmalıdır`

Həmasın mətbuat bürosundan verilən yazılı açıqlamada, "Haniyyə Misir kəşfiyyatına telefonla zəng vuraraq, İsrailin Misir vasitəçiliyi ilə Fələstinlə əldə etdiyi atəşkəsə bağlı qalmasının izlənilməsi lazım olduğunu söylədi" deyilir.
 
Maide.az-ın məlumatına görə, Haniyyə atəşkəsin təmin edilməsi və Fələstin məsələsində Misirin boynuna götürdüyü rolu təqdir edib. Açıqlamada həmçinin bildirilir ki, misirli səlahiyyətlilər atəşkəsə dair işləri davam etdirir.
 
Qeyd edək ki, İsrail rejimi illərdir mühasirə altında saxladığı Qəzzaya 7 iyulda havadan və dənizdən, 17 iyulda isə qurudan hücuma keçmişdi. Daha sonra ordunu qurudan geri çəkərək hava hücumlarına davam edən İsrail Misirin vasitəçiliyi ilə aparılan görüşlərdə 26 avqustda əldə edilən atəşkəslə hücumlarına son verib. 
 
51 gün davam edən hücumlarda 578-si uşaq olmaqla 2 min 147 Fələstinli həyatını itirdi, 11 mindən çox adam yaralandı.

Google+ WhatsApp ok.ru