İsrail rejimi beynəlxalq hüququn bütün normalarını pozur - Nazir 26 Oktyabr 2019 11:00 Fələstin Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII sammitinin ikinci günü ümumi debatlarla öz işini davam etdirir. Axar.az xəbər verir ki, ilk olaraq Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Sabah Xalid Əl-Hamad Əl-Sabah çıxış edib. O, QH-nın sammitinə ev sahibliyi edən Azərbaycana və daha əvvəlki sədr Venesuelaya təşəkkür edib. Küveyt rəsmisi diqqəti Fələstin böhranının həllinə yönəldib. Qeyd edib ki, dünya ictimaiyyəti Fələstin böhranının həllinə görünmədiyi qədər töhfə verməlidir: “İsrail beynəlxalq hüququn bütün norma və prinsiplərini pozur. İsrailin atdığı bu addımlar çox pis nəticələr verir. Bundan əlavə Küveyt Dövləti hesab edir ki, Suriyada münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz BMT-nin bu böhranın siyasi yolla həllinə yönəlik səylərini, həmçinin, orada sülhün əldə olunmasına yönəlmiş digər səyləri dəstəkləyirik. Biz Suriya dövlətinin suverenliyinə qarşı yönəlmiş bütün tədbirləri pisləyirik. Sonda onu demək istəyirəm ki, Küveyt Dövləti Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir”. Teqlər : #İsrail,#rejimi,#beynəlxalq,#hüququn,#bütün,#normalarını,#pozur,#Nazir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzanın şimalında İsrail rejiminin bazasında güclü partlayış baş verib İsrail qüvvələri daha 13 fələstinlini saxladı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar