İsrail rejimi daha bir çoxuşaqlı ailənin evini dağıtdı 25 Sentyabr 2019 15:56 Fələstin Bazar günü sentyabrın 22-i səhər saatlarında, sionist İsrail rejimi Kalansuva şəhərindəki çox uşaqlı Fələstin ailəsinin inşa edildiyi evi buldozerlə viran edib. Şahidlərin sözlərinə görə, silahlı polislərin müşayiəti ilə sionist bələdiyyə nümayəndələri ağır buldozerlərlə Kalansuvdakı Əl Sahel əl-Garbi bölgəsinə basqın edərək, Əbu Arrara ailəsinin evini dağıdıb. Sionizt rejim bu ərazidə Fələstin ailəsinə məxsus artıq 2 evi bundan əvvəl dağıtmışdı. Rejim, öz torpaqlarında uzun illər azad yaşayan xalqı, yaşam mövzularında, sionist cinayətkarlarından icazə almağa məcbur etmək istəyir. İsrail rejimi Qüdsdə və Qərbi Şəriyədə 1948-ci ildə işğal edilmiş Fələstin ərazilərindəki Fələstin evlərini "sənədsiz tikinti" bəhanəsi adı altında sökür. İsrail rejimi yerli insanlara tikinti icazəsi vermir. Lakin Fələstin yəhudilərinə belə razılıq gözübağlı verilir. 30-cu illərin hadisələri yeni dövrdə yenə təkrarlanmaqdadır. /deyerler.og Teqlər : #İsrail,#rejimi,#daha,#bir,#çoxuşaqlı,#ailənin,#evini,#dağıtdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı İsrail rejim polisi fələstinli naziri saxlayıb İşğalçı İsrail aclıq aksiyası keçirən fələstinli məhbusların tələbləri ilə razılaşdı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar