İsrail rejimi fələstinlilərin evlərini dağıtdı

İsrail rejiminin əsgərlərinin İordan çayının qərb sahilindəki Ummul Xeyir şəhərinə fələstinlilərə aid 3 evi dağıdıb. 
 
Maide.az xəbər verir ki, hərbi birliklərin dəstəyi ilə Ummul Xeyir şəhərinə girən buldozerler sənədsiz olduğu iddiası ilə evləri dağıdıb.
 
Yerli mənbələr evləri dağıdılan fələstinlilərin 1948-ci ildən bu yana bölgədə yaşadığını və əllərində ərazi mülkiyyətinin özlərinə aid olduğunu sübut edən sənədlər olduğunu bildirir.
 
İsrail rejimi mövzuyla əlaqədar rəsmi açıqlama verməyib.

Google+ WhatsApp ok.ru