İsrail rejimi Fələstin parlamentinin spikerini azad edib 10 İyun 2015 01:00 Dünya İsrail rejimi ötən gün bir il həbsdə keçirmiş Fələstin parlamentinin spikeri, “HƏMAS” hərəkatının liderlərindən biri olan Abdel Əziz Dueyki azad edib. Maide.az xəbər verir ki, bu barədə Fələstin Qanunverici Şurasının mətbuat xidmətinin məlumatında bildirilir. Abdel Əziz Dueyk onlarla silahdaşı ilə birlikdə sionist hərbçilərinin ötən yay itkin düşən üç israilli yeniyetmənin axtarışları çərçivəsində İordan çayının Qərb sahilində keçirdiyi irimiqyaslı əməliyyat zamanı həbs edilmişdi. “Abdel Əziz Dueykin azadlığa çıxması Fələstin ədalətinin qələbəsidir. Həbsdə olan bütün parlamentarilərin azad edilməsinə nail olmaq lazımdır”, deyə məlumatda bildirilir. Fələstin parlamentinin 130 deputatından 11-i hələ də İsrail rejiminin həbsxanalarında saxlanılır. Teqlər : #İsrail rejimi Fələstin parlamentinin spikerini azad edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD-ə Ramadidə ağır zərbə vuruldu Livan ordusu Rəəs Bəəlbək yüksəkliklərində terrorçuların mövqelərini gülləbaran edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO