İsrail rejimi Fələstin radiosunu bağladı, media nümayəndələrini nəzarətə götürdü

İsrail rejimi Fələstin radiosunu bağladı, media nümayəndələrini nəzarətə götürdü

İşğalçı sionist İsrail rejimi ordusundan verilən yazılı açıqlamada ordu qüvvələrinin əl-Xəlil şəhərinin Dura rayonunda "İsrailə yönəlik hücumları qəbul etdiyi və fitnəkar nəşrlər etdiyi" səbəbindən Fələstin radiosu "Sanabel"i bağladığı bildirilib.
 
Radionun işğalçı İsrail daxili kəşfiyyat xidməti Şin Betin koordinasiyası ilə  bağlandığı bildirilən açıqlamada radiodakı avadanlığın müsadirə olunduğu və 5 mətbuat nümayəndəsinin nəzarətə götürüldüyü qeyd edilib.
 
Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordu qüvvələri "Sanabel" radiosunu 3 ay müddətinə bağlayıb və radionun baş direktoru Əhməd Semih əd-Dəravişin də aralarında olduğu bəzi şəxsləri nəzarətə götürüb.
 
“İslami Cihad” hərəkatının nüfuzlu şəxslərindən Xıdır Adnan verdiyi açıqlamada sözügedən radionun qapadılmasını "Fələstin mediasına qarşı pirat bir aksiya" kimi səciyyələndirib. (eastnews) /
 
palestine radio sanabel ile ilgili görsel sonucu

Google+ WhatsApp ok.ru