İsrail rejimi həbsxanalarında xərçəng xəstəsi olan 23 məhbus var 03 May 2019 11:44 Fələstin Fələstin Əsirləri Araşdırma Mərkəzi İsrail rejimi həbsxanalarında saxlanılanardan 16 faizinin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, mərkəzin rəsmisi Riyad əl-Əşkar dünən məsələ ilə bağlı yaydığı bəyanatda sağlamlıq vəziyyətləri hər keçən gün daha da pisləşən məhbuslar olduğunu bildirib. Əl-Əşkar rejim həbsxanalarında 23 xərçəng xəstəsi olduğunu deyib. O, İsrail rejiminin məqsədli tibbi laqeydlik siyasətinin xəstələrin vəziyyətlərinin daha da pisləşməsinə və ölməsinə yol açdığını qeyd edib. Əl-Əşkar əməliyyatdan sonra sağalmayan və hətta sağlamlıq vəziyyətləri daha da pisləşən onlarla məhbus olduğunu vurğulayıb. Həbsxanalar idarəsinin xəstələrə bəzən xəstəliklərinə uyğun olmayan dərmanlar verdiyini deyən əl-Əşkar İsrail rejiminin təxminən 1000 xəstəyə qarşı etdiyinin müharibə cinayəti olduğunu bildirib. Teqlər : #İsrail,#rejimi,#həbsxanalarında,#xərçəng,#xəstəsi,#olan,#məhbus,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi qüvvələri aprel ayında 360 fələstinlini saxlayıb İsrail əsgərləri dinc aksiya keçirən fələstinlilərə atəş açdı: 3 fələstinli şəhid oldu
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar