İsrail rejimi ilə dost, İslam ölkələri düşmən! 09 Dekabr 2014 02:00 Dünya İsrailin keçmiş Milli Təhlükəsizlik Müşaviri Uzi Arad İsraillə Səudiyyə Ərəbistanı arasında son zamanlar gözləniləndən daha sürətli şəkildə əməkdaşlıq baş verdiyini deyib. Maide.az xəbər verir ki, Arad bu əməkdaşlığın təhlükəsizlik və strateji sahələri əhatə etdiyini söyləyib. Arad İsraillə Səudiyyə Ərəbistanının regionda İranın mərkəzi güc halına gəlməsinə qarşı siyasətlərdə eyni paya sahibi olduqlarını söyləyib. Arad İsrailin Misirdə hazırkı çevriliş rejimilə ittifaq qurması məsələsində də narahatçılıqlarını dilə gətirib və Misirdə baş verəcək hadisələrə bağlı olaraq, İsrailin Misir məsələsində niyyətlərinin məğlubiyyətlə üzləşəcəyi xəbərdarlığını edib. Aradın İordaniya məsələsində isə, "Biz indi İordaniya məsələsində nəfəsimizi tutub gözləyirik. Kimsə növbəti beş il ərzində orada nələr olacağını deyə bilməz. İordaniyada sabitliyin davam etməsinə ümid edirik! Suriya və İraqdakı dalğaların İordaniyaya də çatmayacağına kim zamin dura bilər?" demə diqqət çəkib. Türkiyə ilə İsrail arasındakı münasibətlərlə bağlı də Arad, münasibətlərin yaxın zamanda düzəlməsinə ümid etmədiyini deyib. Arad həmçinin İsrailin beynəlxalq aləmdə ciddi təklənmə riski ilə qarşı-qarşıya olduğunu deyib. O, bu vəziyyətin belə davam etməsi halında, İsrailin hərbi və iqtisadi vəziyyətdən zərərə uğrayacağını deyib. Teqlər : #İsrail rejimi ilə dost,#İslam ölkələri düşmən!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD şagirdlərə və müəllimlərə məcburi geyim tətbiq etdi Qatarların beynəlxalq istiqamətlərdə hərəkətinə qadağa qoyuldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO