İsrail rejimi ilə razılaşma Mərakeşdə etiraz doğurdu - FOTO

İsrail rejimi ilə razılaşma Mərakeşdə etiraz doğurdu - FOTO

ABŞ prezidenti Donald Trampın ev sahibliyində Ağ Evdə İsrail rejimi ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn rejimi arasında keçirilən bir mərasimdə imzaladığı normallaşma müqaviləsi Mərakeşdə etiraz doğurub.
 
Minlərlə mərakeşlilər Fələstin xalqına dəstək olmaq və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Bəhreyn rejiminin İsrail rejimi ilə müqaviləsinə etiraz etmək üçün ölkənin paytaxtı Rabatdakı parlament binası qarşısında toplanıblar.
 
Nümayişçilər Mərakeşdə fəaliyyət göstərən cəmiyyətlərin, vəqflərin və qeyri-hökumət təşkilatlarının çağırışı ilə “Fələstin əmanətdir, normallaşma xəyanətdir” yazılmış plakat daşıyıblar.
 
Tez-tez “Xəyanət razılaşmasına yox”, “İşğala yox , normallaşmaya yox”, “Fələstin satılmır” şüarlarını səsləndirən nümayişçilər, Fələstin bayraqlarını daşıyaraq dəstəklərini qeyd ediblər.
 
Nümayişçilər xain ərəb idarəçilərinin öz taxtlarını qorumaq üçün Fələstin mübarizəsini satdıqlarını söyləyiblər.  /deyerler /
 
 
 
 

Google+ WhatsApp ok.ru