İsrail rejiminin əsgərləri 4 fələstinlini yaraladı

Şahidlərin sözlərinə görə, Ramallah və Qüds arasındakı Kefr Akab mahalında İsrail rejiminin əsgərlərinin açdığı atəş nəticəsində 4 fələstinli gəncin yaralandığını bildirilir. 
 
Maide.az xəbər verir ki, 19 Saci Dərviş adlı fələstinlinin ölümünün birinci ili münasibətilə keçirilən yürüşə rejimin əsgərləri müdaxilə edib.
 
Əvvəlcə yürüşə keçən fələstinli tələbələrə qarşı gözyaşardıcı qazdan və plastik güllədən istifadə edən əsgərlər daha sonra həqiqi güllədən də istifadə edib. Atılan qazdan əziyyət çəkən onlarla tələbəyə Fələstin Qızıl Aypara komandaları tərəfindən hadisə yerində müdaxilə edilib, 1 qız tələbə əsgərlər tərəfindən həbs edilib.
 
Xatırladaq ki, Fələstin Xalq Azadlıq Cəbhəsi üzvü olan Saci Dərviş 10 Mart 2014-cü ildə Ramallahın Birzeit bölgəsində həbs etmək istədiyi zaman İsrail rejiminin əsgərləri tərəfindən öldürülmüşdü.

Google+ WhatsApp ok.ru