İsrail rejiminin onlarla saytı Müqavimət hakerləri tərəfindən dağıdıldı - VİDEO

İsrail rejiminin onlarla saytı Müqavimət hakerləri tərəfindən dağıdıldı - VİDEO

Beynəlxalq Qüds Günü tədbirləri çərçivəsində İsrail rejiminin onlarla veb saytı Müqavimət hakerləri tərəfindən dağıdılıb.
 
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, kiberhücumda təkcə saytları qəbul edən serverlərə hücum edilməyib, eyni zamanda saytların özləri də haker hücumuna məruz qalıb.
 
Səhifələrə “İsrail rejiminin məhv edilməsinin geri sayımı çoxdan başladı” sözü ivrit və ingilis dilində yerləşdirilib.
 
Səhifənin altında isə hücum “Hackers_Of_Savior” adlı qrup tərəfindən edildiyi bildirilib.
 
Səhifənin adları “Böyük bir sürprizə hazır olun” olaraq dəyişdirilib.
 
Bundan əlavə, Müqavimət hakerləri istifadəçilərin şəxsi məlumatlarını kameralarından daxil olmalarını xahiş edərək əldə etməyə çalışıblar.
 

Google+ WhatsApp ok.ru