İsrail rejimi nüvə müzakirələrindən casusluq edib

İsrail rejimi  İran və Qərb ölkələri arasında aparılan nüvə müzakirələrindən dəqiq informasiyanı əldə etmək və danışıqlar prosesində problem yaratmaq məqsədi ilə müzakirələrdən casusluq edib. Bunu Wall Street Journal qəzeti çərşənbə axşamı günü Amerika rəsmilərinə istinadən yazıb.
Maide.az xəbər verir ki,  qəzet yazıb ki, Ağ Evin yüksək səviyyəli rəsmiləri bildirir ki, nüvə müzakirələrinə qarşı informasiyanın toplanması və müzakirələrə nüfuz etmək İsrailin baş naziri Benyamin Netanyahunun geniş səyinin bir hissəsidir. Amerikanın gizli iclaslarının dinlənməsindən başqa, Təl-Əviv Avropadakı xəbərçilər və diplomatik əlaqələrlə müzakirələrdən informasiya toplayıb. 
Qeyd edək ki, Bundan öncə ABŞ hökuməti və sionist rejim başçıları da dəfələrlə bildiriblər ki, danışıqların bütün detalları Təl-Əvivə veriləcək. 
Wall Street Journal qəzeti həmçinin Amerikanın sabiq və hazırkı rəsmilərinə istinadla yazıb ki, Ağ Ev İsrailin nüvə müzakirələrindən casusluğundan daha çox bu məlumatların İsrail tərəfindən Konqres nümayəndələrinə və digərlərinə müzakirələrin dəstəklənməsini zəiflətmək məqsədilə ötürülməsindən narahatdır./

Google+ WhatsApp ok.ru