İsrail rejimi yenidən Qəzzanı bombalamağa başladı

Təl-Əvivin açıqlamasına görə, bölgədə 72 saatlıq atəşkəs müddəti bitdiyi üçün İsrail rejimim əsgərləri yenidən Qəzza zolağını havadan bombardman etməyə başlayıb. Açıqlamada bildirilir ki, bu günki hava zərbələri fələstinlilərin raket atəşlərinə cavab olaraq həyata keçirilib.
 
Bu gün blokada şəraitində olan Fələstinin Qəzza bölgəsində yenidən partlayış səsləri eşidilməyə başlanıb.
 
Rejimin ordu qüvvələrinin məlumatına görə, Həmas müqavimət hərəkatı İsrail ərazilərinə 18 raket mərmisi atıb. İsrailin "Dəmir qübbə" raket əleyhinə müdafiə sistemləri həmin mərmilərin yalnız ikisini zərərsizləşdirə bilib. İsrail tərəfdən heç bir tələfat qeydə alınmayıb.
 
Sionist polkovnik-leytenantı Piter Lerner Qəzzaya qarşı əməliyyatların başlanmasıyla əlaqədar bunları deyib:
 
"Biz Həması, onun infrastrukturunu və onun əməliyyatlarını hədəf almağa davam edəcəyik. Bunu İsrail dövlətinin təhlükəsizliyini qorumaq üçün edəcəyik".
 
Xatırladaq ki, rəsmi Qahirənin vasitəçiliyi ilə münaqişə tərəfləri arasında aparılan atəşkəs danışıqlarının şərtləri qaneedici olmadığı üçün Həmas tərəfi razılaşmanı qəbul etməyib. Fələstinin "İslami cihad" təşkilatı İsraili fələstinlilərin təkliflərini qəbul etməməkdə suçlayıb.

Google+ WhatsApp ok.ru