İsrail rejim qüvvələri dünən Qəzzada keçirilmiş nümayişi gülləbaran edib, yaralılar var 02 Mart 2019 11:06 Fələstin Dünən Qəzzada baş tutmuş 49-cu Böyük Qayıdış yürüşündə işğalçı İsrail rejim qüvvələri dinc nümayişçiləri atəşə tutmağa davam edib. Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, yürüşdə 17 nəfər yaralanıb, onlarla insan qaz qumbaralarının təsirinə məruz qalıb. Nazirliyin bildirdiyinə görə, yaralılar arasında bir jurnalist və üç tibb işçisi var. Onlar qaz qumbaralarına məruz qalıblar. Bildirək ki, yürüşdə yüzlərlə Qəzza sakini iştirak edib. Yürüşün təşkilat komitəsinin bildirdiyinə görə, Qəzza sakinləri ötən ay əl-Əqsa məscidində Bab əl-Rəhmət qapısının açılmasını da qeyd ediblər. HƏMAS-ın mətbuat katibi Həzim Qasimin sözlərinə görə, Böyük Qayıdış yürüşlərinin ildönümü yaxınlaşdığı üçün Qəzzada yaşayan fələstinlilər 13 illik blokadanı qırmaqda daha qətiyyətlidirlər. Qeyd edək ki, ötən il martın 30-dan etibarən başlamış Böyük Qayıdış yürüşlərində indiyədək 260-a yaxın insan İsrail ordu qüvvələri tərəfindən qətlə yetirilib, 27 min nəfərə yaxın insan yaralanıb. Onların 500 nəfərinin vəziyyəti ağırdır. Teqlər : #İsrail,#rejim,#qüvvələri,#dünən,#Qəzzada,#keçirilmiş,#nümayişi,#gülləbaran,#edib,#yaralılar,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: ‘İsrail qüvvələri ötən il Qəzzada 189 fələstinlini öldürüb ’ İsrail ordusu Rəmallahda iki fələstinlini qətlə yetirib, bir nəfəri yaralayıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar