İsrail təcavüzünün qurbanlarının 90% – mülki əhalidir

Döyüş günlərində Qəzza zolağında olmuş Avropa həkimlərdən ibarət nümayəndə heyəti Brüsseldə mətbuat konfransı keçirib.
 
Yaşananları KİV-ə danışan həkimlər vurğulayıb ki, hücum qurbanlarının 80-90%-i – dinc əhalidir, onlardan əksəriyyəti isə – uşaqlardır.
 
Nümayəndə heyətinin üzvləri sionist rejimin xəstəxanaları, təcili yardım maşınlarını, məktəbləri, məscidləri, evləri bombalamasına şahid olduqlarını bildiriblər.
 
Maide.az-ın məlumatına görə, Qəzzada “Şifa” hospitalında işləmiş norveçli həkim Mads Gilbert jurnalistlərə hava hücumları nəticəsində ölmüş körpələrin şəkillərini göstərib. “Budur terrorçular?! Mən həyatımda hələ bu qədər qan görməmişdim.”, – həkim bəyan edib.
 
Onun sözlərinə görə, ölənlərin dörddə biri və yaralananların üçdə biri – məhz uşaqlardır. Gilbert Qəzzadakı qırğına görə məsuliyyəti Qərb ölkələri, onların rəhbərləri və Natanyaxunun üzərinə qoyub.

Google+ WhatsApp ok.ru