İsrail Xan Yunusa hücum etdi

Şahidlərin bildirdiyinə görə, Xan Yunusun şərqindəki Huzaa və Abasan vilyətlərinə qurudan və havadan hücum təşkil edib. Hədəf güdmədən təsadüfi təşkil edilən hücumlarda bomba və silahlarla birlikdə qazdan da istifadə olunub.
 
Maide.az-ın məlumatına görə, hücumda 1 fələstinli dünyasını dəyişib, onlarla adam yaralanıb. İsrailin qurudan və havadan icra etdiyi hücumlarda onlarla ev əkin tarlaları zərər görüb. 
 
Bölgə sakinləri Huzaa diyarındakı ölü və yaralı sayının artmasından narahatdırlar. İsrailin ölü və yaralıları çıxarmaq üçün təcili yardım və mülkü müdafiə qruplarının bölgəyə girməsinə maneə törətdiyi bildirilir. 
 
Qeyd edək ki, 7 iyuldan bəri Qəzzaya hücumlarda dünyasını dəyişənlərin 636-ya, yaralananların sayı isə 4 min 40-a yüksəlib. 

Google+ WhatsApp ok.ru