İstanbulda Asiya-Sakit okean ölkələrinin müsəlman alimləri bir araya gəlib

Türkiyənin İstanbul şəhərində Asiya-Sakit okean ölkələrinin müsəlman alimlərinin birinci toplantısı keçirilir.
Maide.az xəbər verir ki, Türkiyənin Diyanət İşləri İdarəsi tərəfindən keçirilən 4 günlük toplantı 12 oktaybrdan öz işinə başlayıb. “Vəhdət, müdriklik və sülh” mövzusunda keçirilən bu toplantıya Əfqanıstandan Avstraliyaya və Sakit Okean regionda yerləşən kiçik ölkələrə qədər dünyanın 37 dövlətindən 125-ə qədər nümayəndə qatılıb.
 Türkiyənin Diyanət İşləri İdarəsindən bildiriblər ki, bu tədbirin keçirilməsində məqsəd Asiya-Sakit okean ölkələrinin müsəlmanları arasında anlaşmanın gücləndirilməsi,  İslam dünyasının qarşısında duran problemlər haqqında fikir mübadiləsi və mövcud imkanlar,  Asiya-Sakit okean bölgəsində yerləşən müsəlman cəmiyyətləri və ölkələri ilə yenidən tarixi əlaqələrin qurulması, eləcədə dini təhsil və xidmətlərin göstərilməsi üçün əməkdaşlıq imkanlarına dair müzakirələrin aparılmasıdır.
Bu toplantının iclaslarında həmçinin İslam dünyasının gələcəyi və İslamofobiya ilə mübarizə mövzusu da müzakirə ediləcək.
Türkiyənin Diyanət İşləri İdarəsindən bundan əvvəl Latın Amerikası ölkələrinin dini alimlərinin illik toplantısına da ev sahibliyi etmişdi. /
 

Google+ WhatsApp ok.ru