İstanbulda Ayətullah Nimrin xatirəsinə Quran gecəsi keçirilib FOTO 08 Yanvar 2016 02:00 Dünya Türkiyənin İstanbul şəhərində şəhid Ayətullah Nimrin xatirəsinə Quran gecəsi keçirilib. Maide.az xəbər verir ki, Səudiyyə rejimi tərəfindən şəhid edilən Nimrin şəhadətinin yeddinci günü münasibətilə düzənlənən əza mərasimi Müqəddəs Qurani-Kərimin tilavətilə başlayıb. Zeynəbiyyə cammaatı tərəfindən Halkalıda təşkil edilən məclisdə qarilər müqəddəs kitabın müxtəlif sürələrindən mübarək ayələr oxudu, tilavətlər Şəhid Nimirin ruhuna salavat və "Fatihə"lər hədiyyə edilməsilə müşaiyət olunub. Daha sonra Türkiyə müsəlmanlarının liderlərindən Səlahətdin Özgündüz mərasim iştirakçıları qarşısında çıxış edib. O, çıxışı zamanı Amerika Birləşmiş Ştatları, Səud rejimi və İngiltərə münasibətlərindən söz açaraq hazırkı vəhhabi cinayətlərinin ingilislərin "xidmət"i olduğu ifadə etdi. Sonda azadarlıq edildi, rövzə və mərsiyələr deyilib, sinələr vurulub. / Teqlər : #İstanbulda Ayətullah Nimrin xatirəsinə Quran gecəsi keçirilib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanadalı etirazçılar Səud rejimi ilə silah müqaviləsinin ləğvini tələb etdilər Terrorçular Avropanı yeni terror aktları ilə hədələdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO