İstanbulda Səudiyyə və Nigeriyadakı zülmlərə etiraz

İstanbulda Səudiyyə və Nigeriya hökümətlərinə etiraz olaraq aksiya keçirilib.
İslamazeri.az-ın xüsusi müxbiri xəbər verirki, şənbə günü İstanbulun Eminönü meydanında bir qrup Nigeriya və Səudiyyəyə etiraz olaraq aksiya keçirilib.
Aksiyada Nigeriyadakı müsəlmanların kütləvi qətlə yetirilməsi, Nigeriya İslamçı lideri Şeyx Zəkzakinin həbsi etiraz olunub.
Səud rejiminin Ayətullah Şeyx Baqir Nimri edam edilməsinə də etiraz edən aksiya iştirakçıları bazar günü Səudiyyə Ərəbistanının konsulluğu önündə aksiya ilə bağlı anons verdilər.
Aksiyaçılar Səudiyyə, ABŞ və İsrail, o cümlədən Nigeriya höküməti əleyhinə şüarlar səsləndiriblər. /

Google+ WhatsApp ok.ru