Strasburqda məscid yandırılıb

Alzas bölgəsinin paytaxtı Strasburq şəhərindəki müsəlman məscidi terrora məruz qalıb.
 
Maide.az xəbər verir ki, dünən gecə, naməlum şəxs məscidi yandırıb. Alov qısa vaxtda məscidin giriş qapısını, binanın fasadını və əlavə iki qapısını bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasına imkan verməyiblər. Məscidin imamı terror aktının son vaxtlar ölkədə etnik qruplara qarşı yayılmaqda olan antisemitizm və rasizm meylləri ilə əlaqələndirib.
 
Polis rəsmisi xalqlar arasında nifaq salmağa yönəldilən bu hadisəni pisləyib və video görüntüsü alınan cinayətkarın tezliklə tapılaraq məhkəmə qarşısında dayanacağını vəd edib.

Google+ WhatsApp ok.ru