Sui-qəsddən öncə ailəsi ilə birlikdə dostu tərəfindən zəhərlənibmiş

İstanbulda ölən Tacikistanlı müxalif lider Umarali Kuvvatov və ailəsinin sui-qəsddən əvvəl tacik plovu ilə zəhərləndikləri ortaya çıxıb.
 
Maide.az xəbər verir ki, Tacikistanda "Qrup 24" adlı müxalif hərəkatın lideri kimi tanınan Umarali Kuvvatov sui-qəsddən əvvəlki gecə ailəsi ilə birlikdə, dostu olduğu bildirilən Tacikistan əsilli Süleyman adlı şəxsin evinə gedib. 15 gün əvvəl icarəyə götürdüyü öyrənilən evdə Kuvvatov ailəsiylə birlikdə süfrəyə verilən tacik plovunu yeyib. 
 
Yemək zamanı Süleymanın "indi gələcəyini söyləyərək" evdən küçəyə çıxmasından sonra  ailəsində zəhərlənmə əlamətləri hiss edən Kuvvatov da onun arxasınca bayıra çıxıb. Küçədə Süleymanın yanına gedən Kuvvatov arxasından yaxınlaşan muzdlu qatil tərəfindən başından vurularaq öldürülüb.
 
Umarali Kuvvatovun plovdan zəhərlənən həyat yoldaşı ilə 8 və 12 yaşlarındakı 2 oğul xəstəxanada polis nəzarəti altında müalicə olunur.
 
Kuvvatov sui-qəsdinin öyrənilməsi üçün Polis İdarəsində xüsusi briqada yaradılıb. Zəhərli plovun araşdırılması üçün Ədliyyə Tibb Müəssisəsinin xüsusi briqadası bölgədəki bütün təhlükəsizlik kamera görüntülərini araşdırmağa başlayıb. Hadisə gecəsi bölgədəki cib telefonlarının əlaqəsi də götürülüb. Muzdlu qatilinin tək olub olmadığı araşdırılır. Polis həmçinin təcavüzkarla birlikdə yoxa çıxan Süleyman adlı şəxsi axtarır.

Google+ WhatsApp ok.ru