Suriyada dinc xalqı qətliam edən silahlı qruplar Ərdoğanı təbrik etdilər

Suriya müxalifət qrupları Türkiyədə Ədalət və İnkişaf Partiyasının( AKP) parlament seçkilərindəki qələbəsini sevinclə qarşılayıb.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar bu münasibətlə təbrik mesajları yazıblar. 12 müxalif qrup birgə yaydıqları açıqlamada son zamanlar Yaxın Şərqdə baş verən həssas proseslərə görə, AKP-nin seçkidəki qələbəsinin önəmli olduğunu bildiriblər.
 
Bundan əlavə onlar, "bütün ölkələri Suriya inqilabına yardım etməyə" çağırıblar.
 
Qeyd edək ki, indiyə kimi Türkiyə hökuməti Suriyada Azad Suriya Ordusu adlı müxalif qrupun varlığından danışırdı. Amma indi rəsmi hökumət mediası 12 müxalif qrupdan danışır. Bu halda isə həmin müxalif qrupların kimlərdən ibarət olması şübhələr yaradır. Bundan əlavə, Rusiyanın Suriyanı bombalamasından sonra Türkiyə hökuməti də daxil bəzi Qərb dairələri Rusiyanın müxalifləri bombaladığını iddia etmişdi. Amma RF prezidenti Vladimir Putin deyilən müxaliflərlə görüşmək istədiyini açıqlamışdı. Üstündən 1 ay keçməsinə baxmayaraq, hələ də müxaliflərdən xəbər yoxdur. Bu isə onu deməyə əsas verir ki, müxaliflər deyəndə söhbət əlisilahlı terrorçulardan gedir. Sadəcə terrorçuları dəstəkləyən dairələr bunu etiraf edə bilmirlər və buna görə də dəstək verdikləri qatilləri müxalif kimi təqdim edirlər.

Google+ WhatsApp ok.ru