Suriyada qruplaşmalar hökumət ordusu üçün təhlükəli olan yeni döyüş cəbhəsi açıblar

Suriyada başda terrorçu “ən-Nusra Cəbhəsi” olmaqla, silahlı müxalifətin 30-a yaxın radikal qruplaşması Suriya-Livan sərhədinin, eləcə də Dəməşqin cənubunda yerləşən əl-Qunaytara əyaləti ərazisindən paytaxt istiqamətində yeni döyüş cəbhəsi yaradıb.
 
Bu barədə Maide.az "SalamNews"a istinadla xəbər verir.
 
Bundan əvvəl qruplaşmaların Suriya-Livan sərhədində yerləşən əl-Qələmun yüksəkliklərindəki mövqeləri və döyüş cəbhəsi “Hizbullah”ın dəstəyi ilə uğursuzluqla üzləşib. Lakin onların bu dəfə İsrailə yaxın olan Colan yüksəkliklərindən hərəkətə keçməsi və Livanla sərhəd ərazilərdə nəzarətsiz qalmış kənd və qəsəbələrdən istifadə etməsi Dəməşq, eləcə də Livan ordusu üçün böyük təhlükə yaradacaq.
 
Bildirək ki, Suriya ordusu bir il əvvəl "Hizbullah" və Livan ordusunun dəstəyi ilə əl-Qələmun yüksəkliklərindəki dörd strateji rayonu silahlılardan geri ala bilmişdi.
 

Google+ WhatsApp ok.ru