Suriyada terror aktı törədilib, iki nəfər ölüb

Maide.az xəbər verir ki, Suriyanın qərbindəki Hama əyalətinin Salamiya şəhərində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində ən azı iki nəfər ölüb.
Bu barədə Suriya televiziyasına istinadən Qərbin xəbər agentlikləri məlumat verib.
Hələlik partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib. Maraqlıdır ki, partlayış Rusiya və ABŞ-ın vasitəçiliyi ilə Suriyada atəşkəs rejiminə dair razılaşmanın qüvvəyə minməsindən bir neçə saat sonra baş verib.
Qeyd edək ki, ölkədə müharibənin getdiyi beş ildə ilk dəfə atəşkəs barədə razılaşma əldə olunub.

Google+ WhatsApp ok.ru