Suriyada Terrorçular arasındakı toqquşmalarda 42 nəfər ölüb

Maide.az-ın "FransPress"ə istinadən verdiyi məlumata görə, Suriya insan haqlarına nəzarət qrupu bildirib ki, son 24 saat ərzində Dəməşq vilayətinin Qələmun bölgəsində İŞİD və digər terrorçular arasında toqquşma baş verib. Həmin toqquşmalarda 30 suriya müxalifətçisi və 12 terrorçu ölüb. İŞİD terrorçuları və digər qruplar arasındakı toqquşmalar Qələmun bölgəsinin şərq hissəsində baş verib. Bu ərazilər Suriyanın Əl-Badiyə bölgəsi ilə həmsərhəd olduğuna görə strateji əhəmiyyətə malikdir. Suriyalı müxalifətçilər Əl-Badiyə bölgəsi yolu ilə Türkiyə sərhəddindən şimala və İordaniya sərhəddindən cənuba doğru silah daşıyırlar. Suriyanın insan haqlarına nəzarət qrupu bildirib ki, İŞİD digər terrorçuların fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə bu keçidlərdən birini bağlayıb.

Google+ WhatsApp ok.ru