Suriyada yaralanan terrorçular İsraildə müalicə olunur

Maide.az Suriyanın rəsmi xəbər agentliyi olan SANA-ya istinadən bildirir ki, sionist İsrail rejiminə aid bir vertolyot cümə günü Suriya ordusu tərəfindən açılan atəş nəticəsində yaralanan Ən-Nusra terror təşkilatının 6 üzvünü müalicə üçün İsrail xəstəxanalarına aparıb. 
 
İsrail rejimi daha əvvəl də Suriyada yaralanan yüzlərlə terrorçunu İsrail xəstəxanalarına aparıb və həmin terrorçular sağaldıqdan sonra yenidən Suriyaya çatdırılıb.
 
Terror təşkilatları ilə yaxın əlaqə və əməkdaşlıqda olan sionist İsrail rejimi, xüsusilə də Suriyadakı terror təşkilatlarına böyük dəstək verir.
 
Bildirilir ki, Ən-Nusra İsrail rejimi ilə çox yaxın əməkdaşlığa malikdir və bu rejimdən maliyyə və hərbi dəstək alır.

Google+ WhatsApp ok.ru