Suriya işğal edilən Colan Yüksəkliklərini geri qaytarmaq niyyətindədir – Bəşər əl-Cəfəri

Suriya işğal edilən Colan Yüksəkliklərini geri qaytarmaq niyyətindədir – Bəşər əl-Cəfəri

“Suriya işğal edilən Colan Yüksəkliklərini beynəlxalq qanunlara istinadən geri qaytara bilər və bunu etmək niyyətindədir. ABŞ prezidenti Donald Trampın Colanla bağlı qərarı, burada Tramp adlı qəsəbənin salınması onu göstərir ki, bölgə İsrail və ABŞ tərəfindən işğal altındadır.”
 
Bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri telekanala verdiyi müsahibədə deyib.
 
Son günlərdə İsrail qüvvələrinin işğal edilən Colan Yüksəkliklərindəki qəsəbələrdə yerli əhali ilə toqquşmasına və onlarla ərəb və druzun xəsarət almasına toxunan Suriya rəsmisi bildirib ki, ölkəsi işğalda olan torpaqlarını geri qaytarmaq və orada olan vətəndaşlarını qorumaq əzmindədir.
 
O həmçinin bildirib ki, ABŞ-ın Colanla bağlı mövqeyi, bölgənin ötən əsrlərdə məruz qaldığı Britaniya müstəmləkəçiliyinə bənzəyir.
 
Qeyd edək ki, İsrail qüvvələri son günlərdə işğal edilən Colan Yüksəkliklərində alternativ enerji layihəsi adı ilə qazıntılar aparan zaman yerli əhalinin etirazı ilə üzləşib və toqquşma zamanı yerli əhalidən onlarla şəxs xəsarət alıb. / SalamNews / 

Google+ WhatsApp ok.ru