Suriya Ordusu Palmiraya girdi- YENİLƏNİB- VİDEO

Maide.az xəbər verir ki, Suriya Ordusu İŞİD qüvvələrini bölgədən çıxararaq Palmira şəhəri və ətrafını nəzarət altına aldığını bildirir. Suriyadakı yerli mənbələrə görə, Rusiyanın döyüş təyyarələrinin hava dəstəyi ilə şəhəri görən kritik təpəni ələ keçirən hökumət qüvvələri, antik şəhər ilə birlikdə kritik bir əsas yolu da ələ keçirib. Homusun şərqində qalan Palmira, İŞİD-in işğalı altında olan Deyr əz Zor şəhərinə gedən yol üzərində yerləşir.
deyerler.org saytı xəbər verir ki, bu arada Suriya dövlət televiziyası da hökumət qüvvələrinin Palmira şəhərinə daxil olduğunu bildirib.
 
Digər tərəfdən, Associated Press-ə açıqlama verən Homs vilayətinin rəhbəri Talal Barazi də hökumət qüvvələrinin Palmiranı 48 saat ərzində azad edəcəyini deyib. Xəbərdə Suriya hökumət qüvvələrinin Palmiranın qəlbinə daxil olduğu vurğulanıb.
 
 
RİA-ya danışan bir təhlükəsizlik komandiri isə İŞİD-çilərin geriyə çəkildikləri dağlıq sahələrdə təqib etdiklərini deyib. O, bir qrup İŞİD yaraqlısının da gecə saatlarında avtomobillərlə Raqqaya doğru qaçdığını bildirib. /

 

Google+ WhatsApp ok.ru